Logo

BDU-da " Gənc kimyaçılar klubu"nun ilk seminarı baş tutub

24.02.2021 23:54 471 baxış
IMG

Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “Gənc kimyaçılar klubu”nun ilk seminarı keçirilib. 


Onlayn seminarda Kimya fakültəsinin II kurs tələbəsi Məryəm İsgəndərli iştirakçılara kimyaçılar klubu haqqında məlumat verib, klubun fəaliyyət planından bəhs edib.

 

Təlimçi Zeynəb Qədirova çıxışında evdə aparıla bilən kimyəvi reaksiyalar haqqında video-təqdimatla çıxış edib, reaksiyalar və aparılan təcrübələrin nəticələri haqqında ətraflı məlumat verib. Daha sonra klub üzvləri sual və təkliflərini verib, öz təcrübələrini bölüşüblər.

Xəbər lenti