Logo

"Əlaçı” televiziya layihəsinin zona seçim turu keçirilib

11.02.2023 19:40 558 baxış
IMG

Fevralın 11-də Şəki şəhərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin zona seçim turu keçirilib.

"Tehsil.biz"in məlumatına görə, şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonların hər birindən 30 nəfər (15 qız, 15 oğlan) olmaqla, ümumilikdə, 180 nəfər X sinif şagirdi iştirak edib.

Bildirilib ki, test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Müsabiqənin nəticələri barədə şagirdlərin təhsil aldıqları məktəblər üzrə məlumatlar veriləcək.

Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.

Xəbər lenti