Logo

“Peşəkar ol” layihəsi üzrə təlimlər yekunlaşıb

11.02.2023 11:54 509 baxış
IMG

Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin “Peşəkar ol” layihəsi üzrə təlimləri başa çatıb.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, fevralın 7-dən keçirilən təlimlərə Azərbaycan Dillər Universitetinin müraciəti əsasında pedaqoji fakültələrdə təhsil alan bakalavr və magistrantlar cəlb olunublar.

Təlimlər “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Oxu bacarıqları”, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Sinfin idarə edilməsi”, “Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması”, “Rabitəli nitqin inkişafı”, “Müəllimlərin işə qəbulu prosesi haqqında məlumatlandırma”, “Təhsildə neyroelm”, “Öyrətmə və öyrənmənin xüsusiyyətləri”, “Müəllim-şagird münasibətləri” mövzularını əhatə edib.

Təlim proqramını uğurla bitirən iştirakçılara Təhsil İnstitutu tərəfindən sertifikatlar təqdim olunacaq.

Xəbər lenti