Logo

Şagirdlər ADA universitetində ekskursiyada olublar - FOTO

11.02.2023 00:15 578 baxış
IMG

Fevralın 9-da Akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdləri Azərbaycan Diplomatiya Akademiyasında (ADA) ekskursiyada olublar.

Bu barədə "Tehsil.biz"ə liseydən bildirilib.

ADA universitetinin nümayəndəsi Elşad Göyüşov tərəfindən qarşılanan şagirdlərə ilk öncə universitet barədə qısa məlumat verilib.

Daha sonra şagirdlərə universitetə qəbul qaydaları, fakültələr, xaricdə təhsillə bağlı təqdimat təqdim edilib.

Öz növbəsində şagirdlər nümayəndələrə universitetlə bağlı öz suallarını veriblər. Sonda şagirdlər universitetdə kiçik ekskursiyada olublar.

Xəbər lenti