Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə elmləri doktoru Əlipaşa Əliyev 90 yaşında vəfat edib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Qeyd edək ki, professor 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsini bitirib. 1963-cü ildən AZTU-da pedaqoji fəaliyyətlə məşğul olub.