Logo

Məktəblilərimiz XIX Beynəlxalq Jautikov Olimpiadasında uğur qazanıblar

10.02.2023 22:25 685 baxış
IMG

1-12 fevral tarixlərində Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XIX Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirilib.

Tehsil.biz xəbər verir ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 3 gümüş və 3 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıblar.

Belə ki, fizika fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Sadiq Sadıxzadə gümüş medal, Murad Abdulkərim bürünc medal qazanıb. Riyaziyyat fənni üzrə Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Fidan Qarayeva və Anar Mehdiyev gümüş medal, Cəlil Hüseynov bürünc medal, nazirliyin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Nicat Vəliyev isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, məktəblilərimiz 2006-cı ildən bu günədək sözügedən olimpiadada iştirak edərək 4 qızıl, 33 gümüş, 56 bürünc olmaqla ümumilikdə 93 medal qazanıblar.

Xəbər lenti