Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi qardaş Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edib.
Tehsil.biz xəbər verir ki, səfirliyin önündə zəlzələdə həlak olmuş insanların əziz xatirəsinə gül dəstələri qoyulub. Sonra yazıçılar Türkiyənin fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağcı ilə görüşərək, Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı başsağlığı veriliblər. Səfir Yazıçılar Birliyinin rəhbərliyinə təşəkkür edərək, bu çətin və ağır günlərdə, Azərbaycan xalqının böyük dəstək nümayiş etdirdiyini bildirib.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar matəm kitabına ürək sözlərini yazıb.