Logo

BDU Türkiyə üçün könüllü yardım kampaniyasına qoşulub

10.02.2023 16:06 503 baxış
IMG

“BDU könüllüləri” təşkilatının üzvləri fevralın 8-dən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım məqsədilə Əl Oyunları Sarayında təşkil olunan kampaniyada iştirak edirlər.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, hər gün 40-dək BDU könüllüsü vətəndaşların gətirdiyi əşyaların çeşidlənməsi, qutulara yığılması prosesinə yardım göstərir.

BDU kollektivi bir daha Türkiyədə dəhşətli zəlzələdə həlak olan bacı və qardaşlarımıza rəhmət, yaralılara şəfa diləyir.

Xəbər lenti