Logo

AzTU-nun üç tələbəsi xaricdə təhsil alacaq - FOTO

10.02.2023 15:56 491 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi 2022/2023 tədris ilinin yaz semestrində Erasmus+ proqramı çərçivəsində xaricdə təhsil alacaq.

"Tehsil.biz"in məlumatına görə, AzTU-nun Metallurgiya və materialşünaslıq fakültəsinin II kurs tələbəsi İlqar Qənbərov Türkiyənin Bursa Texniki Universitetində, İqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbələri Emil Gebekbəyov və Ramiz Səlimov isə Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində bir semestrlik təhsil almaq üçün təqaüd qazanıblar.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbələrlə görüşüb, onlara dərslərində uğurlar arzulayıb.

Xəbər lenti