Logo

Lənkəranda məktəblilərə maarifləndirmə tədbiri keçirilib

10.02.2023 12:59 453 baxış
IMG

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Haftoni qəsəbə tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Tehsil.biz xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları məktəbin qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər, önünə tər güllər düzüblər.

Tədbirdə çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi,polis polkovniki Azər Cahangirov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin sektor müdiri Elman Rzayev və digərləri bildiriblər ki, narkomaniya hazırda bəşəriyyətin ən böyük problemlərindən biridir. Diqqətə çatdırılıb ki, son illər Respublikamızda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirlib, sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq və digər neqativ halların profilaktikası məqsədilə müxtəlif kollektivlər qarşısında o cümlədən, məktəblərdə görüşlər, müsabiqələr və digər tədbirlər keçirilməkdədir. Bu kimi tədbirlərin keçirilməsində məqsəd yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, qanunazidd əməllərin qarşısını almaq, məktəbliləri sağlam həyat tərzinə daha da həvəsləndirməkdir.

Sonra mövzu ilə əlaqəli videoçarxlar nümayiş etdirilib, məktəblilərin sualları cavablandırılıb.

Xəbər lenti