Fevralın 9-da Azərbaycan İstiqlal Muzeyinin nümayəndəsi Rusiya Qələbə Muzeyinin Stalinqrad döyüşünün 80 illiyi münasibətilə təşkil etdiyi beynəlxalq konfransda iştirak edib.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, konfrans çərçivəsində muzey əməkdaşı Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu haqqında məruzə ilə çıxış edib.
Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Rusiya Qələbə Muzeyi ilə imzaladığı qarşılıqlı memorandum çərçivəsində müxtəlif vaxtlarda sərgi və beynəlxalq konfranslarda muzey əməkdaşları ilə təmsil olunur.