Logo

Azərbaycanda daha 37 nəfər COVID-19-a yoluxub

09.02.2023 23:16 341 baxış
IMG

Azərbaycanda son gündə koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 828 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 922 nəfər müalicə olunaraq sağalıb, hazırda 155 aktiv xəstə var. Bu günə qədər 10 097 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 380, bu günə qədər isə ümumilikdə 7 502 054 test icra olunub.

Xəbər lenti