Logo

Güclü küləyə görə Bakı məktəblərində ciddi problemlər qeydə alınmayıb

09.02.2023 13:43 364 baxış
IMG

Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb.

Bu barədə "Tehsil.biz"in sorğusuna cavab olaraq BŞTİ-dən bildirilib.

Qeyd olunub ki, müvafiq mütəxəssislər tərəfindən ilkin zəruri təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı məktəblərə tövsiyələr verilib:

"Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub. Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".

Mərcanə Əsədova

Xəbər lenti