Logo

Şagirdlər üçün narkomaniya əleyhinə maarifləndirici tədbir keçirilib - FOTO

09.02.2023 13:32 377 baxış
IMG

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 saylı tam orta məktəbində şagidlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov narkotik asılılığının törətdiyi fəsadlarla bağlı məlumat verib, insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açıb. Eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri şagirdlərin diqqətinə çatdırılıb. 

Sonda narkotiklərin törtədiyi fəsadlardan bəhs edən video çarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti