Logo

UNEC tələbələri üçün təlimlər başlayıb

09.02.2023 12:34 478 baxış
IMG

Azərbaycan Respublikasının Hesablama Palatası, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Gürcüstan Dövlət Audit İnstitutu arasında imzalanmış üçtərəfli memorandum çərçivəsində Azərbaycan Respublikasının Hesablama Palatası əməkdaşları tərəfindən UNEC-in IV kurs bakalavr tələbələri üçün “Dövlət sektorunda audit” mövzusunda təlimlərə 2023-cü ilin 6 fevral tarixindən start verilib.

Tehsil.biz xəbər verir ki, təlimin açılış tədbirində Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, UNEC-in prorektoru Gəray Musayev, Hesablama Palatası və UNEC-in əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edənlər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək bildiriblər ki, təlimlərin keçirilməsində məqsəd Hesablama Palatası və UNEC arasında elmi-praktik əlaqələri inkişaf etdirmək, ixtisaslı kadr hazırlığını təmin etmək, maraq doğuran sahələrdə mövcud təcrübəni bölüşməkdir. Çıxışlar zamanı əməkdaşlıq çərçivəsində keçirilən təlimlərə, həmçinin UNEC müəllimləri və Gürcüstan Dövlət Audit İnstitutunun nümayəndələri tərəfindən də dəstək göstəriləcəyi vurğulanıb.

Çıxışlardan sonra Hesablama Palatasının şöbə müdiri Zaur Vəliyev “Dövlət maliyyəsi və onun idarə edilməsi” mövzusu üzrə ilk təqdimatla çıxış edib.

Qeyd edək ki, “Dövlət sektorunda audit” mövzusu üzrə təlimlərdə yüksək fəallıq və nəticə göstərmiş tələbələrə xüsusi sertifikatların verilməsi planlaşdırılır.

Xəbər lenti