Logo

Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetinin nümayəndələri AƏSMA-da olublar - FOTO

09.02.2023 11:57 601 baxış
IMG

Fevralın 8-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Beynəlxalq Əlaqələr şöbəsinin dəvəti ilə Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetinin bir qrup nümayəndə heyəti AƏSMA-nın qonağı olub.

Tehsil.biz xəbər verir ki, görüşün məqsədi adıçəkilən təhsil müəssisələri arasında Beynəlxalq Əməkdaşlıq Sazişinin imzalanması olub.

Görüşdə AƏSMA-nın rektoru, prof. Hüseyn Qaraşov, tədris və elmi işlər üzrə prorektor, prof. Fərhad Möhbalıyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dos. Mahir Calalov, ümumi şöbənin müdiri Rübabə Məmmədova, “Hİ kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması” şöbəsinin müdiri Raziyyə Maniyeva, “Qiyabi, əlavə təhsil və əcnəbi tələbələrlə iş” şöbəsinin müdiri dos. Firanə Məmmədova, Özbəkistan İqtisadiyyat və Pedaqogika Universitetindən başda rektor, texnika elmləri namizədi, dos. Otabek Bozorov olmaqla, elmi işlər üzrə prorektor, dos. Cəsur Fərmonov, “Elmi-tədqiqat, İnnovasiya və elmi-pedaqoji kadrların hazırlanması” şöbəsinin müdiri, dos. Davron Curayev, “Beynəlxalq əməkdaşlıq” şöbəsinin müdiri Şahcahan Əbdürrəhimov, elm şöbəsinin əməkdaşı Gülnaz Huşmanova iştirak ediblər.

Beynəlxalq Əməkdaşlıq Sazişini AƏSMA tərəfdən Akademiyanın rektoru, prof. Hüseyn Qaraşov və “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, dos. Mahir Calalov, Özbəkistan tərəfdən İPU-nun rektoru dos. Otabek Bozorov və “Elmi-tədqiqat, İnnovasiya və elmi-pedaqoji kadrların hazırlanması” şöbəsinin müdiri, dos. Davron Curayev imzalayıb.

İmzalama mərasimindən sonra qonaqlar çay süfəsinə dəvət olunub. Daha sonra qonaqlar Akademiyanın struktur şöbələri və elektron kitabxana ilə yaxından tanış olubar.

Xəbər lenti