Hüquq və İnsan Haqları İnstitutu, Gənclər Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr üçün təlimlər keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Tədbirdə institutun təlimçi–ekspertləri Araz Abdullasoy “Sosial mediadan istifadə hüququ” və Nəzrin Əliyeva “Xaricdə təhsil” mövzularında təlimlər keçiblər.
Tədbirin yekun hissəsində tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında maraqlı müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, oxşar tədbirlərin ölkəmizin müxtəlif rayonlarında keçirilməsi də nəzərdə tutulur.