Bu gün Türkiyənin Malatya şəhərində baş verən zəlzələ nəticəsində dağıntılar alltında qalan 4 azərbaycanlı tələbədən biri Gündüz Nəzərzadənin doğum günüdür.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
"Anasının vəziyyəti pisdir, xəstəxanaya yerləşdirilib. Qardaşı Türkiyədə qapı-qapı Gündüzü axtarır", - məlumatda qeyd olunub.
Xatırladaq ki, Malatya İnönü Universitetində təhsil alan dörd azərbaycanlı tələbə zəlzələ nəticəsində dağıntıların altında qalıb.
Həmin tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.
Mərcanə Əsədova