Logo

AMEA-nın 400-dən çox yaşlı əməkdaşı COVID-19-a qarşı peyvənd olunub

24.02.2021 13:22 453 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaşı 65-dən yuxarı olan əməkdaşlarının koronavirus əleyhinə vaksinasiyasına başlanılıb.

 

AMEA-nın Azad Həmkarlar İttifaqından verilən məlumata görə, ötən gün TƏBİB-in modul tipli xəstəxanasında yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilib.

 

Qeyd olunub ki, 400-dən çox əməkdaş peyvənd olunub və heç bir əks-göstərişlə rastlaşmayıblar: "Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar".

 

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

Xəbər lenti