Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 30, 3, 23 saylı laboratoriyalarının əməkdaşları Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulublar.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Bildirilib ki, əməkdaşlar humanitar yardım məqsədilə topladıqları kişi, qadın və uşaqlar üçün isti paltarları təşkil olunmuş məntəqəyə çatdırıblar.