Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşları arasında yardım kampaniyasına start verib.
ADPU-dan "Tehsil.biz"ə bildirilib ki, kampaniya çərçivəsində fevralın 8-dən etibarən ADPU-nun tələbə və əməkdaşları universitetin Bakı şəhərində yerləşən tədris binalarına yaxınlaşaraq qardaş türk xalqına yardım üçün zəruri ləvazimatları təhvil verməyə başlayıblar.
Qeyd edək ki, Bakı Avrasiya Universiteti, Aşqarlar Kimyası İnstıtutu və Azərbaycan İlahiyyat İnstitutu da Türkiyə üçün yardım kampaniyasına qoşulub.