Logo

Azərbaycan Universiteti Özbəkistanın daha bir universiteti ilə əməkdaşlığa başlayır

08.02.2023 13:58 278 baxış
IMG

Azərbaycan Universiteti ilə Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Tehsil.biz xəbər verir ki, memorandumun imzalanması mərasimi Azərbaycan Universitetinin tədris binasında keçirilib. 

Tədbirdə Azərbaycan Universitetini elmi işlər üzrə prorektor Yusif Qasımov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Keyfiyyət təminatı şöbəsinin müdiri Pərvanə Mövsümova təmsil edib. Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetindən görüşdə rektor Otabek Bozorov, elmi işlər üzrə prorektor Jasur Farmanov, Kadr hazırlığı şöbəsinin müdiri Davron Jurayev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şoxjaxon Abduraximov olublar.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Prorektor nümayəndə heyətinə Azərbaycan Universitetinin fəaliyyəti, elmi uğurları və beynəlxalq əlaqələri haqqında məlumat verib. Ardınca Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şoxjaxon Abduraximov təmsil etdiyi ali təhsil müəssisəsi haqqında təqdimatla çıxış edib. 

Daha sonra tərəflər arasında əməkdaşlıq imkanları və istiqamətləri müzakirə olunub. 

Sonda memorandum sənədi imzalanıb. Sənədi Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və Özbəkistanın İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru  Otabek Bozorov imzalayıb.

Xəbər lenti