Logo

İlahiyyat İnstıtutu da yardım kampaniyasına qoşuldu

08.02.2023 13:44 328 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da Türkiyədə baş verən zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım kampaniyasına qoşulub.

Tehsil.biz xəbər verir ki, institut əməkdaşlarının topladığı humanitar yardımlar Bakı şəhəri, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksində yardım toplama məntəqəsinə çatdırılıb.

Qeyd edək ki, Aİİ rəhbərliyi başda olmaqla bir qrup əməkdaşı “Ziraat Bank”da təbii fəlakətlə bağlı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) bank hesabına pul vəsaiti köçürüb.

Həmçinin oxuyun: Aşqarlar Kimyası İnstıtutu Türkiyə üçün yardım kampaniyasına qoşulub

Həmçinin oxuyun: Bakı Avrasiya Universiteti Türkiyəyə 10 min manat ianə göndərdi

Xəbər lenti