Logo

“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

08.02.2023 12:26 333 baxış
IMG

Mingəçevir Turizm Kollecində (MTK) Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə şəhər polis əməkdaşları, kollecin inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Tədbir bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyanın fəsadları barədə tələbələri maarifləndirmək və narkomaniyaya qarşı mübarizədə gənclərin fəallığını daha da artırmaq məqsədi daşıyıb.Narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür.

Tədbirdə Emir Cavadov "Narkomaniya", Qoşqar Əhmədli "Dini ekstremizm və radikalizm", Ruzi Həsənov "Erkən nikah və onun fəsadları", Azər Həsənov "Yol hərəkətinin təhlükəsizliyi", Rəşad Əhmədov "Ümumi cinayət məcəllələri ilə bağlı" mövzularında çıxış ediblər.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti