Logo

Dövlət Agentliyinin nümayəndələri UFAZ-da olublar - FOTO

08.02.2023 12:02 298 baxış
IMG

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) nümayəndələri – Agentliyin nəzdində fəaliyyət göstərən İnnovasiyalar Mərkəzinin direktoru Vüsal Rüstəmov, VXSİDA-nın Dövlət Xidmətlərinin dizaynı və innovasiyalar departamentinin rəhbəri Semral Əliyev və baş mütəxəssis Fatimə İslamova Azərbaycan-Fransız Universitetində olub.

"Tehsil.biz"in məlumatına görə, UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov, Baş katibi Elizaveta Bydanova və UFAZ-ın elmi eksperti Yannick Hoarau qonaqlar ilə görüşüb, onlara UFAZ-ın yaranma tarixi, tədris prosesi, tədqiqat və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat verib.

Tərəflər UFAZ-da Startup mərkəzinin yaradılması ilə bağlı mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

Xəbər lenti