Logo

Bakıda 4-cü sinif şagirdi itkin düşüb

08.02.2023 11:25 804 baxış
IMG

Bakıda məktəbli itkin düşüb.

"Tehsil.biz"in məlumatına görə, paytaxtın Nizami rayonunda yerləşən 220 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdi yoxa çıxıb.

Hadisə ilə bağlı 220 nömrəli məktəb-liseydən "Tehsil.biz"ə bildirilib ki, 06.02.2023-cü il tarixində təhsil müəssisəsinin 4t (fərdi təhsil) sinfində təhsil alan 1 nömrəli Uşaq evinin sakini (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) birinci dərs bitdikdən sonra tənəffüs zamanı məktəbin digər korpusuna keçərək binadan çıxıb və məktəb ərazisini tərk edib.

Məsələ ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və Uşaq evinə məlumat verilib.

Mərcanə Əsədova

Xəbər lenti