Logo

Peşə Təhsili üzrə Dövlət Agentliyi tələbənin ölümü ilə bağlı paylaşım edib

08.02.2023 10:57 628 baxış
IMG

Xəbər verdiyimiz kimi, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qətl hadisəsi baş verib. Hadisə zamanı Əliəkbər Mərəyevin adıçəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Elşad Muxtarov tərəfindən bıçaqla öldürülüb.

Tehsil.biz xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi hadisə ilə bağlı məlumat yayıb.

"Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsi Əliəkbər Mərəyevin ölümü ilə bağlı yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Qeyd edək ki, 8 fevral gecə saat 2 radələrində Əliəkbər Mərəyevin sözügedən təhsil müəssisəsinin yataqxanasında otaq yoldaşı Rəşad Muxtarov tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq davam etdirilir", - məlumatda bildirilib.

Xəbər lenti