Logo

ADMİU-da əməkhaqları artırıldı

08.02.2023 10:16 409 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın göstərişi ilə əməkhaqları artırılıb. 

Tehsil.biz xəbər verir ki, bu barədə qərar fevralın 6-sı Elmi Şuranın iclasında təsdiq olunub.

Qərara əsasən, ADMİU-nun əməkdaşlarının sosial rifahının yaxşılaşdırılması və əməyinin stimullaşdırılması məqsədilə ştat cədvəli üzrə aylıq vəzifə maaşları martın 1-dən etibarən 15 faiz artırılır. 

İclasda Elmi şura üzvlərinin təklifi ilə onların ilk maaş artımı YAŞAT Fonduna ianə ediləcək.

Xəbər lenti