Logo

Rektor Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzunu ilə görüşüb

07.02.2023 21:14 279 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU “SABAH” qruplarının məzunu Şahin Xəlilovla görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Rektor Vilayət Vəliyev Şahin Xəlilovun fəaliyyəti ilə maraqlanıb, Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibətilə onu təbrik edib.

Qeyd edək ki, Şahin Xəlilov 2017-ci ildə AzTU “SABAH” qruplarını kompüter mühəndisliyi ixtisası üzrə fərqlənmə ilə bitirib. Daha sonra kompüter mühəndisliyi ixtisası üzrə Çində magistr təhsili alıb. Təhsil aldığı müddətdə “Azercell” Təqaüd Proqramının və “Seeds for the Future” proqramının qalibi olub. Onun yaratdığı "Wake me up" komandası "Ağıllı eynək" startapı ilə bir çox uğurlar qazanıb. 

Xəbər lenti