Logo

AzTU-nun rektoru Tələbə Gənclər Təşkilatının üzvləri ilə görüşüb

07.02.2023 21:00 216 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Tələbə Gənclər Təşkilatının (TGT) üzvləri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, rektor AzTU TGT-nin “İlin Tələbə Gənclər Təşkilatı” seçilməsi münasibətilə təşkilat üzvlərini təbrik edib. Bildirib ki, bu uğur təşkilatın hər bir üzvünün əməyinə verilən qiymətdir. Bu həm də təşkilat üzvlərinin komanda şəklində işləmə bacarığının olmasına bariz nümunədir. Daha sonra rektor TGT-nin hər bir üzvü ilə yaxından tanış olub, onların dərsləri ilə maraqlanıb, həmçinin təkliflərini dinləyib.

TGT sədri Eyvaz Məhəmmədli son bir il ərzində təşkilatın gördüyü işlər, hədəflər və gözləntilər haqqında rektora məlumat verib. Görüşdə təşkilatın həyata keçirəcəyi yeni layihələr barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti