Logo

Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə görüş keçirilib - FOTO

07.02.2023 18:18 372 baxış
IMG

Təhsil Tələbə Krediti Fondunun təşkilatçılığı ilə dövlət və özəl şirkətlərin insan resursları üzrə mütəxəssislərinin və dövlət qurumlarının kadr sahəsində çalışan rəsmilərinin iştirakı ilə “təhsilin əlçatanlığından əmək bazarına körpü” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir iştirakçılarına əvvəlcə Azərbaycan Respublikası   Prezidenti cənab İlham Əliyevin 17 iyun 2021-ci il tarixli 1367 nömrəli Fərmanı ilə   yaradılmış Təhsil Tələbə krediti Fondunun missiyası, məqsədləri və hədəfləri barədə ətraflı məlumat verilib.

Təhsil tələbə kreditindən yararlanan tələbələrin  uğurlu karyera planlamaları, onların əmək bazarının tələblərinə uyğun  bilik və bacarıqlarının inkişaf etdirmələri üçün təlimlərə cəlb olunmaları, o cümlədən  tələbələr məzun olduqdan sonra əmək bazarında  işlə təmin olunmalarına vasitəçilik etmək məqsədi ilə keçirilən tədbir, iştirakçıların böyük marağına səbəb olub.

Tədbir qabaqcıl təcrübələrin bölüşdürülməsi, müzakirələr və fikir mübadilələri ilə paylaşılması ilə yekunlaşıb.

Xəbər lenti