Logo

Bu institutda doktorant və dissertantlar üçün “Heydər Əliyev” adına təqaüd təsis edilib

07.02.2023 15:16 233 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) Elmi şurasının növbəti iclası keçirilib.

"Tehsil.biz"in məlumatına görə, öncə qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olmuş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Vaqif Abbasov açaraq gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış edib. Akademik Vaqif Abbasov Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən, NKPİ-də fəlsəfə doktoru hazırlığı üzrə 35 yaşa qədər doktorant və dissertantlar arasında “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi haqqında məlumat verib. O, qeyd edib ki, yüksək elmi, akademik göstəricilərə malik doktorant və ya dissertanta 1 il ərzində hər ay 300 manat təqaüd veriləcək.

İnstitutun doktorant və dissertantları elmi fəaliyyətləri haqqında arayışı 9 fevral 2023-cü il tarixinədək təqdim etməlidirlər. Qalib 10 fevral 2023-ci il tarixi institutun Elmi şurasının növbəti iclasında yaradılacaq komissiyada seçiləcək.

Xəbər lenti