Logo

ADPU-nun akkreditasiya olunmuş filiallarının monitorinqi aparılıb

24.02.2021 10:14 601 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin akkreditasiya olunmuş 5 (beş) filialının monitorinqi aparılıb.

 

TKTA-dan bildirilib ki, monitorinqin keçirilməsində məqsəd akkreditasiya qiymətləndirilməsi zamanı Akkreditasiya Komissiyasının verdiyi tövsiyələrin icra vəziyyətinin məsafədən qiymətləndirilməsi olub. Ölkədə yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq monitorinq məsafədən və akkreditasiyadan sonra filiallar tərəfindən təqdim edilən tədbirlər planlarının əsasında aparılıb.

 

Monitorinq zamanı tövsiyələrin icrasından məsul struktur bölmə rəhbərləri, eləcə də filialların direktorları ilə müsahibələr təşkil olunub. Müsahibələrin nəticəsi və eyni zamanda, filialların təqdim etdiyi təsdiqləyici sənədlərin əsasında akkreditasiya kommissiyalarının yekun hesabatlarında verilmiş tövsiyələrin icra vəziyyəti qiymətləndirilib.

Xəbər lenti