Logo

Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO

07.02.2023 13:28 313 baxış
IMG

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibi Mehriban Rəsulova ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, sədr qalibi təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.

Görüşdə Şahin Seyidzadə müsabiqə qalibini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib. Mehriban Rəsulova öz növbəsində səmimi qəbula görə təşəkkür edərək mentorluq proqramı çərçivəsində Şahin Seyidzadənin təcrübəsindən faydalanmaq istədiyini bildirib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20000 AZN məbləğində özünü inkişaf qrantı əldə edirlər. Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixində Sərəncam imzalanıb.

Xəbər lenti