Logo

“PAŞA Holding”in baş icraçı direktoru ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

07.02.2023 12:05 286 baxış
IMG

“PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri Mustafa Hüseynov və Elmir Hüseynovla görüşüb.

"Tehsil.biz"in məlumatına görə, “PAŞA Holding”in baş icraçı direktoru qalibləri təbrik edib və mentor olaraq 1 illik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini və qaliblərə potensiallarını üzə çıxarmasına dəstək olacağını bildirib.

Görüşdə Cəlal Qasımov müsabiqə qaliblərinə “PAŞA Holding” barədə məlumat verib, onlarla başlanğıc səviyyədə şəxsi təcrübəsini paylaşıb və qaliblərə müvafiq olaraq ilkin tapşırıqlar təqdim edib. İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində səmimi qəbula görə Cəlal Qasımova təşəkkürünü bildirib və cari mentorluq proqramının onlar üçün faydalı olacağına inandıqlarını qeyd ediblər.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti - 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci il 20 dekabr tarixli Sərəncam imzalanıb.

Xəbər lenti