Logo

"Tələbələrdən əlavə ödəniş əldə etmək üçün hər yola can atırlar"

07.02.2023 09:42 326 baxış
IMG

"Azərbaycanda bəzi ali təhsil müəssisələri var ki, tələbələrdən əlavə ödəniş əldə etməyə hər yola can atırlar".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Əli Ələkbərov deyib.

O, bir neçə ali məktəbdə tələbələrdən təhsilhaqqından əlavə cərimə imtahanı adı ilə ödəniş tələb olunduğunu iddia edib.

"Təsəvvür edin ki, bir qrupda 50 nəfər olursa, hər tələbədən cərimə imtahanı adı altında 200 manatdan yığılsa, bu məbləğ 10 min manat edir. 
Yalnız müəyyən dövlət qurumlarında tanışları olan insanlardan, qanunu bilib dərhal qanuni formada işinə müdaxilə edən şəxslərdən əlavə ödəniş tələb etmirlər. Qeyd edilən ödənişi verən şəxslər də bilir ki, bu, rüşvətdir. 

Hesab edirəm ki, ali təhsil müəssisələrində təhsil alan tələbələr gələcəkdə ölkəmizdə fərqli vəzifələrdə xidmət edəcəklər. Onlar da müəllimləri kimi daim əlavə ödəniş necə əldə edə bilərlər deyə düşünəcəklər. Gələcəyimiz olan tələbələrə normal olmayan vərdişlər aşılamaqdansa, ixtisasları üzrə normal təhsil vernək lazımdır", - deyə Ə.Ələkbərov bildirib.

Xəbər lenti