Logo

Abituriyentlərin NƏZƏRİNƏ: bu il hansı qruplarda bal artımı ola bilər? - AÇIQLAMA

06.02.2023 19:38 3356 baxış
IMG

"Bu il II və III ixtisas qruplarında ötən ilə nisbətən bir qədər bal artımı gözlənilə bilər. IV qrupda da bal artımı ola bilər. Birinci qrupda isə ballar bir qədər ötən ilki səviyyə ilə eyni formalaşması mümkündür".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev bildirib.

Ekspertin sözlərinə görə, artıq abituriyentlər demək olar, qəbul qaydalarını tam mənimsəyiblər:

"Abituriyentlər dinləmə mətnləri ilə də, oxuyub-anlama mətnləri ilə də işləyə bilirlər. Ümumiyyətlə kurikulum qaydasına keçiddən sonra 2019-cu ildən bu yana artıq beşinci ildir ki, bu tətbiq olunub və artıq abituriyentlər bir növ buna uyğunlaşıblar. Hətta bu il açığı 700 bal toplayan abituriyentlər bir yox, ola bilər ki, ən azı iki nəfər olsun. Bu barədə blok üzrə sınaq imtahanlardan sonra daha dəqiq danışmaq olar. Hal-hazırda müşahidə etdiyim ondan ibarətdir ki, builki ali məktəblərin bakalavriat pilləsinin qəbul imtahanlarında məhz dediyim kimi gözləntilər mümkün ola bilər".

Mərcanə Əsədova

Xəbər lenti