Logo

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

06.02.2023 18:11 294 baxış
IMG

Ərizəçinin ali təhsilə dair kvalifikasiyasının tanınmasına dair qərar qəbul edildikdə, tanınma şəhadətnaməsi qərarın qəbul edildiyi vaxtdan etibarən 5 (beş) gün müddətində hazırlanacaq.

Tehsil.biz xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapıb.

Qaydaya əsasən, tanınma şəhadətnaməsi elektron sənəddir və TMİS-də elektron sənəd formasında “Elektron imza və elektron sənəd haqqında” qanunun tələblərinə uyğun olaraq yaradılır.

Tanınma şəhadətnamələri barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilir.

Tanınma şəhadətnaməsi üzrə təqdim edilmiş elektron sənədin həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.

TMİS vasitəsilə əldə edilmiş tanınma şəhadətnaməsinin kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.

Tanınma şəhadətnaməsi Agentliyin İdarə Heyəti sədrinin (və ya sədr müvəqqəti olmadıqda, onun səlahiyyətlərini icra edən şəxsin) elektron imzası ilə təsdiq edilir.

Agentlik tərəfindən təsdiq edilmiş tanınma şəhadətnaməsi ərizəçi üçün yaradılmış şəxsi kabinetdə yerləşdirilir.

Tanınma şəhadətnaməsində aşağıdakı məlumatlar əks olunmalıdır:

- şəhadətnamənin nömrəsi (sistem tərəfindən verilir);

- tanınma üçün müraciət etmiş şəxsin indentifikasiya məlumatları (adı, soyadı, atasının adı və doğum tarixi) və FİN kod;

- akademik məlumatlar:

1. təhsil pilləsi;

2. təhsil müəssisəsinin adı;

3. ixtisasın adı;

4. sənədin verilməsi tarixi;

- tanınmanın növü:

1. akademik tanınma (tam, qismən, şərti, alternativ);

2. peşə tanınması.

- tanınmanın verdiyi hüquqlar:

1. təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir;

2. təhsilin növbəti səviyyəsinə qəbul olunmaq hüququ verir;

3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrindən birinə köçürülmək üçün müraciət etmək hüququ verir;

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin birində mühazirələrdə (praktik məşğələlərdə) iştirak etməklə əhəmiyyətli fərqi aradan qaldırmaq hüququ verir;

peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

- şəhadətnamənin verildiyi tarix (sistem tərəfindən verilir).

Tanınma şəhadətnaməsində bütün məlumatlar Azərbaycan dilində yazılır.

Xəbər lenti