Logo

TOEFL iBT imtahanı keçirilib

06.02.2023 13:35 184 baxış
IMG

Fevralın 4-də Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunub.

İmtahanda 10 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının 15 fevral 2023-cü il tarixində keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı verilmiş linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/toefl/

Xəbər lenti