Logo

"Universitetin əsas hədəflərindən biri tələbələrə praktiki vərdişləri aşılamaqdır"

06.02.2023 13:22 340 baxış
IMG

"Universitetin əsas hədəflərindən biri tələbələrə praktiki vərdişləri aşılamaq və dünya universitetlərinin üzərində işlədiyi XXI əsr bacarıqlarının formalaşdırılmasıdır".

Tehsil.biz xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov deyib.

Rektor UNEC-də müasir universitet modelinin tətbiqi istiqamətində səylərin davam etdirildiyini bildirib:

"Dünya çox sürətlə dəyişir, nəzəri biliklər sürətlə deformasiyaya uğrayır. Bu səbəbdən də dünya universitetləri dəyişməz qalan bacarıqların tədrisinə fokuslanır. UNEC-də də sentyabr ayından ən müasir metodologiyalara əsaslanan “Çevrilmiş təhsil” yanaşmasının tətbiqinə başlanılıb. Dünyanın aparıcı universitetlərində tətbiq olunan metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formada ötürülməsidir”.

Mərcanə Əsədova

Xəbər lenti