Logo

Astarada budo döyüş növü üzrə Azərbaycan birinciliyi keçirilib

06.02.2023 09:41 340 baxış
IMG

Astara Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Azərbaycan Budo Döyüş Növləri Federasiyasının birgə təşkilatçılığı ilə idmanın budo döyüş növü üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib. 

Tehsil.biz xəbər verir ki, üç gün davam edən respublika birinciliyində Astara, Lənkəran, Göyçay, İmişli, Goranboy, Tovuz, Ağdaş, Ağdam, Füzuli, Yevlax, Bərdə, İsmayıllı və Şəki rayonlarının idmançıları fəxri yerlər uğrunda mübarizə aparıb.

İmişli rayon Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məmmədov Xəyyam İsmayıl oğlu 45 kq çəki dərəcəsində I yer tutub. Xəyyam Azərbaycan Budo Döyüş Növləri Federasiyasının təsis etdiyi diplom və medalla təltif olunub.

Xəbər lenti