Logo

Zəlzələ baş verdi, bu şəhərlərdə dərslər dayandırıldı

06.02.2023 09:14 530 baxış
IMG

Türkiyənin Adana və Mersin şəhərlərində təhsil bir günlük dayandırılıb.

Tehsil.biz türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Adana və Mersin Valiliyi tərəfindən verilən açıqlamada bildirilib.

"Kahramanmaraşda baş verən zəlzələ səbəbi ilə 6 fevral bazar ertəsi günü bütün təhsil müəssisələrinin bağlanacaq", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Kahramanmaraşın Pazarcık rayonunda 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub. Ən böyüyü 6,6 bal gücündə olmaqla 32 afterşok baş verib. Bir çox əyalətdə binalar dağılıb. Çox sayda ölən və yaralananlar var.

Xəbər lenti