Logo

“Qladiator 2” filminin premyera tarixi açıqlanıb

05.02.2023 19:41 327 baxış
IMG

"Paramount” kinostudiyası baş rolu Rassel Krounun canlandırdığı məşhur "Qladiator" filminin növbəti bölümünün premyera tarixini açıqlayıb.

Tehsil.biz "Kinonews.ru"ya istinadən xəbər verir ki, hələ tam adı bəlli olmayan növbəti ekran əsəri 2024-cü il noyabrın 22-də ekranlara çıxacaq. Filmdə baş rolda “Günəşim mənim” filmindəki roluna görə 2022-ci ildə “Oskar” mükafatına namizəd olmuş Pol Meskal çəkiləcək.

Yeni layihə rejissor Ridli Skotun çəkdiyi, 11 “Oskar” nominasiyasına layiq görülərək, onlardan beşində qalib gəlmiş dünyaşöhrətli “Qladiator” tarixi dramının davamıdır. Növbəti ekran əsərinin də rejissoru və prodüseri Ridli Skot olacaq. “Qladiator 2” filminin çəkiliş cədvəli və tam aktyor heyəti hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, "Qladiator" öz dövründə dünya miqyasında 500 milyon dollardan çox qazanc əldə edərək kommersiya filminə çevrilib. Rejissor Ridli Skot “Qladiator 2”nin hazırlanmasına çox vaxt sərf edib, səbəb isə mükəmməl bir davam filmi çəkmək idi. Nöqsanları aradan qaldırmaq üçün ssenari, həmçinin bütün layihə üzərində ciddi işlər görülüb.

Xəbər lenti