Logo

Türkiyədə məktəblər bu tarixdən açılır

23.02.2021 19:31 1060 baxış
IMG

"Rəsmi və özəl məktəblərimizin sayı 18 il əvvəl 50 min 872 idisə, indi bu rəqəm 87 min 640 minə çatıb".

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara valiliyinin təhsil müəssisəslərinin açılış mərasimində bildirib.

 

"693 min müəllim təyinatını reallaşdırdıq. Müəllimliyə namizəd olanlara daha bir müjdə vermək istərdim. Yaxın aylarda daha 20 min müəllimi işə qəbul edəcəyik", - dövlət başçısı vurğulayıb.

 

Onun sözlərinə görə, Türkiyədə məktəblilərə xidmət edən kitabxanaların sayı 29 minə çatıb.

 

R.T.Ərdoğan ölkə üzrə koronavirusa yoluxanların sayının azaldığını bildirib. Onun sözlərinə görə, mart ayından etibarən aşağı sinif şagidləri üçün üz-üzə təhsil bərpa olunacaq.

Xəbər lenti