Logo

Rektor: "İmtahan sessiyalarının ləğv edilməsi vaxt məsələsidir"

05.02.2023 00:03 523 baxış
IMG

"Haqlı olaraq universitetlərin dəyişməli olduğu isriqamətlərdən biri kimi tələbə mərkəzli təhsilin təmin edilməsi göstərilir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov bildirib.

Onun sözlərinə görə, tələbə mərkəzli təhsil ilk növbədə universitetin yeni təfəkkürü və mədəniyyətinin göstəricisidir:

"Yeni universitet təfəkkürü və mədəniyyəti tələbələrin biliyinin qiymətləndirilməsi sisteminin kökündə dəyişdirilməsini tələb edir. Bu baxımdan inanırıq ki, imtahan sessiyalarının ləğv edilməsi vaxt məsələsidir. Tələbələrin biliyi təhsil dövrünün sonunda deyil, təhsil prosesində qiymətləndiriləcək".

Mərcanə Əsədova

Xəbər lenti