Logo

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əməkdaşı yol qəzasında ölüb - FOTO

04.02.2023 23:46 734 baxış
IMG

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Tehsil.biz "Apa"ya istinadən xəbər verir ki, hadisə rayonun Susay kəndi ərazisində qeydə alınıb.

"VAZ-21015” markalı minik avtomobilinin maneə çırpılması nəticəsində sürücü Elşən Qasımov ölüb, avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki ki, qəzada dünyasını dəyişən Elşən Qasımov Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun əməkdaşıdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti