Logo

Pakistanda “Wikipedia”ya giriş bloklandı

04.02.2023 20:00 237 baxış
IMG

Pakistanda “Wikipedia” onlayn ensiklopediyasına giriş bloklanıb.

Tehsil.biz yerli mətbuata istinadən xəbər verir ki, Pakistan Telekommunikasiya İdarəsi “Wikipedia”ya dinə aid “əxlaqsız” məzmunlu informasiyanı bloklamaq və ya silmək üçün 48 saat vaxt vermiş, əks halda sayta girişin məhdudlaşdırılacağını bildirmişdi.

Lakin Pakistan Telekommunikasiya İdarəsi konkret hansı məzmunlu informasiyadan söhbət getdiyini də açıqlamamışdı.

Qeyd edək ki, Pakistan qanunvericiliyinə əsasən, İslamı təhqir etməkdə təqsirli bilinən şəxslər üçün ölüm cəzasının tətbiqi istisna edilmir.

Xəbər lenti