Logo

“Cəza” monotamaşası yenidən nümayiş olunacaq

04.02.2023 18:21 261 baxış
IMG

Fevralın 10-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırlanan “Cəza” monotamaşası növbəti dəfə teatrsevərlərə təqdim ediləcək.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, nümayiş ediləcək psixoloji oyun dramındakı rolu Əməkdar artist Kəmalə Hüseynova ifa edəcək. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, tryukların quruluşçusu isə İsa Əsədovdur.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə Başqırdıstanın Ufa şəhərində ənənəvi olaraq keçirilən Türkdilli xalqların VI “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında təqdim edilib. Aktrisa Kəmalə Hüseynova festivalda “İstedadlı ifaya görə” Başqırdıstan Mədəniyyət Nazirliyinin xüsusi diplomuna layiq görülüb.

Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Xəbər lenti