Logo

UFAZ-ın gələcək tədris proqramları müzakirə olunub - FOTO

04.02.2023 15:35 254 baxış
IMG

Azərbaycan-Fransız Universitetində (UFAZ) “TotalEnergies” şirkətinin Azərbaycandakı bərpaolunan enerji biznesinin inkişafı üzrə baş mütəxəssisi Çingiz Orucov ilə bərpaolunan enerji istiqamətində UFAZ-ın gələcək tədris proqramları müzakirə olunub.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Müzakirə zamanı UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və Baş katibi Yelizaveta Bydanova qonağa ixtisaslar, tədris prosesi və elmi sahədə əməkdaşlıq barədə ətraflı məlumat veriblər.

Xəbər lenti