Logo

“Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb

03.02.2023 20:55 250 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi çapdan çıxıb. Məqalələr jurnalın saytına (www.plantfungalres.az) yerləşdirilib.

Tehsil.biz xəbər verir ki, bu barədə nstitutdan bildirilib.

İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun baş direktoru professor Səyyarə İbadullayevadır.

Jurnalın əsas məqsədi bitki və göbələk aləmi üzrə beynəlxalq səviyyədə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında əksəriyyəti xarici ölkələrdən (İtaliya, Ukrayna, Türkiyə, Hindistan) olan alimlərin məqaləsi yer alib. Bütün məqalələr üçün Beynəlxalq Obyektin Rəqəmsal İdentifikatoru (DOI) təmin edilib.

Xəbər lenti